5 C
Baku
Wednesday, March 26, 2025

Ən etibarlı enerjidoldurma şəbəkələri açıqlandı

Elektrik avtomobil istehsalçıları ilə əlaqəsi olmayan şəbəkələrdə enerji doldurma cəhdlərinin 40-50 faizi problemlərlə müşayiət olunur.

“Consumer Reports” nəşrinin keçirdiyi sorğu göstərib ki, daha az problemlərin qeydə alındığı ən etibarlı şəbəkələr elektrik avtomobil istehsalçıları “Tesla” və “Rivian”a məxsusdur.

“Tesla Supercharger” şarj şəbəkələrində istifadəçilər yalnız 4%, “Rivian Adventure Network”də isə 5% problem yaşayırlar.

Eyni zamanda, məsələn, “Shell” şəbəkəsindən istifadə edənlər hər ikinci seansın plana uyğun getmədiyini, “EVgo” və “Blink” şirkətlərinin stansiyalarında elektriklə işləyən avtomobili enerji ilə doldurmaq cəhdlərinin 40%-dən çoxunda problemlər qeydə alındığını bildiriblər.

Mənbəoxu.az
Son xəbərlər
Digər xəbərlər