“Apple” tarixində istehsal etdiyi ən pis iPhone modelləri açıqlanıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Birinci sıranı iPhone 8 tutub. Əslində, bu, yaxşı modeldir, lakin mütəxəssislərə görə, “yanlış vaxtda” buraxılıb. Qeyd edək ki, iPhone 8 ilə və iPhone X eyni vaxtda təqdim edilib. Beləliklə, iPhone 8 modeli iPhone X-in müasir dizaynı və akkumulyator tutumu ilə rəqabət apara bilməyib.
İkinci sırada “Dynamic Island” texnologiyasını almayan iPhone 14 qərarlaşıb. Model texniki olaraq iPhone 13-dən heç nə ilə fərqlənmir. Üçüncü yeri iPhone 6s-in “içliyini” və iPhone 5s-in korpusunu alan 2016-cı il istehsalı iPhone SE tutur. Modelin əsas mənfi cəhətlərinə köhnəlmiş 4 düymlük ekran və az tutumlu batareya daxildir.
Ən pis iPhone-lar reytinqində dördüncü və beşinci yerləri iPhone SE 2022 və iPhone 4 tutub. Birinci rəqiblərindən heç nə ilə fərqlənmir, lakin qiymət baxımından qat-qat bahadır. İkinci isə uğursuz dizayn edilib və istifadəçi cihazı əlinə götürən zaman qəfil şəbəkədən ayrılır.