10 C
Baku
Friday, December 13, 2024

Ən sərfəli nağd pul krediti verən banklar – SİYAHI

Banker.az olaraq banklarda 2024-cü ilin fevral ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.

Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib.

Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.

cc 1

BANK VTB –  Krediti SİMA İmza-dan istifadə etməklə rəsmiləşdirdikdə 1 faiz bəndinə qədər endirim tətbiq olunur. Müştərilər yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər bankların bir neçə kreditini birləşdirə və ya aşağı faizlə əlavə vəsait əldə edə bilərlər. Kampaniya 31 may tarixinədək etibarlıdır.

EXPRESSBANK – Bu şərtlər istehlak krediti üzrə ümumi şərtlərdir, peşə sahibləri üçün təqdim edilən xüsusi kampaniyalara şamil edilmir. Hazırda aktiv olan kredit kampaniyaları çərçivəsində kredit əldə edən müştərilərə balansında 10 000 manatadək vəsait olan Expresso Standart və ya Platinum kredit kartı hədiyyə olunacaq.

XALQ BANK – Müraciətçi sonuncu iş yerində 12 aylıq iş stajına malik olmalıdır. Kampaniya 30 iyun 2024-cü il tarixədək qüvvədədir.

KAPİTAL BANK – Onlayn rəsmiləşdirilən kreditlərdə nağdlaşdırma komissiyası – 0%. Borcun gəlirə nisbəti 45%-dən çox olduğu təqdirdə – 1%-dir.

YELO BANK – Kampaniya 29 mart 2024 tarixinədək davam edəcək.

PAŞA BANK –  Əmək haqqı kartı PAŞA Bankda olan müştərilər üçündür.

RABİTƏBANK – “Bahar kampaniyası”nda xüsusi kateqoriyaya daxil edilmiş  dövlət və özəl müəssisələrdə çalışanlar üçün də əlavə güzəştlər nəzərdə tutulur. Sərfəli şərtlərlə təqdim edilən kampaniya aprelin 30-nadək davam edəcək.

Son xəbərlər
Digər xəbərlər