17 C
Baku
Wednesday, October 22, 2025

Ən varlı kriptomilyarderlərdən biri bitkoinlərini satır

Bitkoin sahibləri arasında ən varlı şəxslərdən biri olan Ouen Qunden yenidən öz kriptovalyutasını “Kraken” birjasına köçürməyə başlayıb. Kriptomilyarderin əvvəlki satışları bitkoin qiymətlərinin lokal maksimum dövrlərinə təsadüf edib.

Qunden ilk bitkoin arbitraj treyderlərindən biri olub və “Mt.Gox” və “Tradehill” kimi birjalarda ticarət aparıb. O, aktivin ilk illərində böyük məbləğ toplayıb və “Arkham” şirkətinin sentyabr ayının sonundakı hesablamalarına görə, tanınmış ən varlı kriptoinvestorlar arasında üçüncü yeri tutub. Onun portfelindəki bitkoinlərin dəyəri 1,3 milyard dollardır. Kriptotreyder yalnız bitkoinin anonim yaradıcısı Satoşi Nakamoto (123 milyard dollar) və “Tron” blokçeyn ekosisteminin qurucusu Castin Sandan (2,3 milyard dollar) geri qalır.

22 oktyabrda Qunden öz cüzdanlarından “Kraken” birjasına bir neçə əməliyyatla 364 BTC (təxminən 40 milyon dollar) köçürüb. Onun balansında hələ də 10 959 BTC qalır, bu isə indiki qiymətlə 1,18 milyard dollar dəyərindədir.

Rəsmi təsdiq olmasa da, kriptoaktivlərin böyük birjaya köçürülməsi adətən satış niyyətinin ən aydın göstəricisi sayılır. 2013-cü ildən bitkoin sahibi olan Gunden əvvəl də bu cür əməliyyatlar həyata keçirib, və hər dəfə köçürmə tarixləri kriptovalyutanın qiymət zirvələrinə uyğun gəlib.

Məsələn, 2025-ci il yanvarın 16-da ABŞ prezidenti Donald Trampın inaqurasiyası ərəfəsində bitkoinin dəyəri 100 min dollar civarında olarkən, Qunden 518 BTC satmışdı. Ondan əvvəl, 2024-cü ilin aprelində, bitkoin tarixi maksimum — 70 min dollar yaxınlığında olarkən, treyder daha 169 BTC (o dövrdə təxminən 11,3 milyon dollar) köçürmüşdü.

Sentyabrın sonunda kimsə 2013-cü ildən bəri ilk dəfə bitkoinlərini hərəkətə gətirərək 40 milyon dollar qazanıb. Ondan iki həftə əvvəl isə 2014-cü ilə aid cüzdandan 1 000 BTC köçürülmüşdü ki, bu da 100 milyon dollar gəlir gətirib.

Son xəbərlər
Digər xəbərlər