6 C
Baku
Monday, March 2, 2026

Ən varlı rusiyalıların sərvəti ilin əvvəlindən $10,6 milyard artıb

“Bloomberg” agentliyinin dərc etdiyi “Bloomberg Billionaires Index”ə əsasən, 2026-cı ilin fevral ayında Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti $10,6135 milyard artıb.

“Bloomberg Billionaires Index”in məlumatına görə, “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov $2,4 milyard qazanıb, onun sərvəti $25 milyarda çatıb. “EuroChem” və SUEK şirkətlərinin həmtəsisçisi Andrey Melnichenkonun sərvəti isə $2,16 milyard artaraq $21,1 milyard olub.

Ən böyük itki “Telegram” messencerinin həmtəsisçisi Pavel Durova məxsus olub — onun sərvəti $2,24 milyard azalaraq $12,1 milyarda düşüb.

Agentlik 2012-ci ilin mart ayından etibarən “Bloomberg Billionaires Index” reytinqini dərc edir. Siyahıya dünyanın 500 ən varlı insanının sərvəti barədə məlumatlar daxildir.

Son xəbərlər
Digər xəbərlər