2024-cü il oktyabrın 1-i vəziyyətinə 78.9 min aztəminatlı ailənin 344.8 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 107.4 manat təşkil
edib.
Banker.az açıqlanan rəsmi statistikaya istinadən bildirir.
Rayonlar üzrə 1 nəfərə düşən ən çox sosial yardım məbləği Şəmkirdədir. Bu rayonda aylıq ünvanlı dövlət sosial yardımın məbləği 111 manat 41 qəpik təşkil edir. Şəmkirdən sonra ən yüksək orta aylıq dövlət sosial yardımı Xaçmaz rayonunda verilib. Bu rayonda orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 110 manat 68 qəpik olub.
Xaçmaz rayonundan sonra ən yüksək sosial yardımın verildiyi şəhər və rayonlar arasında Quba (110.55 manat), Gədəbəy (110.44 manat), Qusar (110.32 manat), Qobustan (110.24 manat), Şabran rayonu (110.18 manat), Cəlilabad (110.11 manat), Daşkəsən (109.76 manat), Tovuz (109.72 manat) ilk onluqda yer alıblar.
Sosial yardım alanlara verilən ən aşağı məbləğ Xocavənd rayonu (103.08 manat), Naftalan şəhəri (103.35 manat) və Şuşa rayonunda (103.52 manat) qeydə alınıb.