19 C
Baku
Friday, June 6, 2025

Ən zəngin rusiyalıların sərvəti ilin əvvəlindən $22,5 milyard artıb

Ən zəngin rusiyalıların sərvəti 2025-ci ilin əvvəlindən 22,5 milyard dollardan çox artıb, bu barədə “Bloomberg” yazıb. Agentliyin məlumatına görə, “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin ilin əvvəlindən sərvətini 3,82 milyard dollar artırıb – hazırda onun sərvəti 31,7 milyard dollar olaraq qiymətləndirilir.

“Metalloinvest”in səhmdarı Alişer Usmanov 3,7 milyard dollar zənginləşib – onun kapitalı 16,9 milyard dollara çatıb. Eyni zamanda, ən böyük itkiləri “Monako” futbol klubunun sahibi iş adamı Dmitri Rıbolovlev çəkib. Onun sərvəti 1,77 milyard dollar azalaraq 9,21 milyard dollara düşüb.

Agentlik 2012-ci ilin martından planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Bloomberg Billionaires Index”ini dərc edir.

Son xəbərlər
Digər xəbərlər