Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən 24.62 milyard dollar artıb, bu barədə “Bloomberg” məlumat yayıb.
“Bloomberg Billionaires Index”ə görə, “Telegram” messencerinin həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 4.08 milyard dollar qazanıb, onun sərvəti 15.1 milyard dollar, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı “Metalloinvest”in səhmdarı Alişer Usmanovun sərvəti isə 3.57 milyard dollar artaraq 16.8 milyard dollar olub.
Ən böyük itkilərə iş adamı Vladimir Lisin məruz qalıb – onun sərvəti 2.81 milyard dollar azalaraq 23 milyard dollara düşüb.
2012-ci ilin mart ayından agentlik planetin ən zəngin 500 adamının sərvətinə dair məlumatları özündə əks etdirən “Bloomberg Billionaires Index”i dərc edir.