Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2025-ci ilin əvvəlindən 11.572 milyard dollar artıb, bu barədə “Bloomberg” yazıb.
“Bloomberg Billionaires Index”ə görə, ilin əvvəlindən Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Alişer Usmanov 3.91 milyard dollar qazanıb – onun sərvəti 17.1 milyard dollara çatıb. Rusiyalı senator Süleyman Kərimovun sərvəti isə 2.3 milyard dollar artaraq 9.34 milyard dollara yüksəlib.
Ən böyük itkilərlə iş adamı Vladimir Lisin üzləşib – onun sərvəti 2.38 milyard dollar azalaraq 23.4 milyard dollara düşüb.
2012-ci ilin martından agentlik planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Bloomberg Billionaires Index”i dərc edir.