17 C
Baku
Thursday, May 1, 2025

Ən zəngin rusiyalıların sərvəti ilin əvvəlindən $15 milyard artıb

Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən 14.975 milyard dollar artıb, bu barədə “Bloomberg” yazıb. “Bloomberg Billionaires Index”ə görə, ilin əvvəlindən Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Alişer Usmanov 3.64 milyard dollar qazanıb – onun sərvəti 16.9 milyard dollara çatıb.

“Evroxim”in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 2.52 milyard dollar artaraq 22.7 milyard dollar olub. Ən böyük itkilərə Vladimir Lisin dəyib məruz qalıb – onun sərvəti 2.3 milyard dollar azalaraq 23.5 milyard dollara düşüb.

Agentlik 2012-ci ilin martından planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Bloomberg Billionaires Index”ini dərc edir.

Son xəbərlər
Digər xəbərlər