26 C
Baku
Saturday, August 2, 2025

Ən zəngin rusiyalıların sərvəti ilin əvvəlindən $20 milyard artıb

Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən bəri 20,163 milyard dollar artıb, bu məlumatı “Bloomberg Billionaires Index” təsdiqləyir.

“Telegram”ın həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 3.27 milyard dollar qazanıb, onun sərvəti 14.3 milyard dollara çatıb.

Rusiyanın ən böyük dəmir filizi istehsalçısı “Metalloinvest”in səhmdarı Alişer Usmanovun sərvəti 3.12 milyard dollar artaraq 16.3 milyard dollar olub.

Ən böyük itkilərə iş adamı Vladimir Lisin məruz qalıb – onun sərvəti 3.58 milyard dollar azalaraq 22.2 milyard dollar təşkil edib.

2012-ci ilin mart ayından “Bloomberg” planetin ən zəngin 500 adamının sərvətinə dair məlumatları özündə əks etdirən “Bloomberg Billionaires Index”i dərc edir.

Son xəbərlər
Digər xəbərlər