17 C
Baku
Wednesday, October 1, 2025

Ən zəngin rusiyalıların sərvəti ilin əvvəlindən $20 milyard artıb

İlin əvvəlindən bəri ən varlı rusiyalıların sərvəti $19.69 milyard artıb, bu barədə “Bloomberg Billionaires Index” məlumat verir. “Bloomberg”in reytinqinə görə, ən böyük qazanc “Telegram”ın qurucusu Pavel Durov əldə edib – onun sərvəti $4.82 milyard artaraq $15.8 milyarda çatıb.

“Severstal” şirkətinin əsas sahibi Aleksey Mordaşovun sərvəti $3.41 milyard artaraq $26.6 milyarda, “Metalloinvest”in səhmdarı Alişer Usmanovun sərvəti isə $3.22 milyard artaraq $16.4 milyarda yüksəlib.

“Novatek” şirkətinin idarə heyətinin sədri Leonid Mihelsonun sərvəti $24.9 milyarda (+$2.54 mlrd), “Renova” qrupunun direktorlar şurasının sədri Viktor Vekselberqin sərvəti $9.81 milyarda (+$2.52 mlrd), iş adamı Süleyman Kərimovun sərvəti $9.42 milyarda (+$2.8 mlrd), “Interros” holdinqi və “Norilsk Nikel”in prezidenti Vladimir Potaninin sərvəti $29.3 milyarda (+$1.42 mlrd), iş adamı Qennadi Timçenkonun sərvəti isə $12.9 milyarda (+$1.90 mlrd) çatıb.

“Forbes Russia” nəşrinə görə, ölkənin ən varlı üç iş adamı sırasında “Lukoil”in qurucusu Vahid Ələkbərov ($28.7 mlrd), Aleksey Mordaşov ($28.6 mlrd) və Leonid Mihelson ($28.4 mlrd) yer alır.

Son xəbərlər
Digər xəbərlər