Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2025-ci ilin əvvəlindən 7.764 milyard dollar artıb, bu barədə “Bloomberg” yazıb.
“Bloomberg Billionaires Index”ə görə, ilin əvvəlindən Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Alişer Usmanov 3.1 milyard dollar qazanıb – onun sərvəti 16.3 milyard dollara çatıb. “Norilsk Nikel”in prezidenti Vladimir Potaninin sərvəti isə 1.77 milyard dollar artaraq 29.6 milyard dollar olub.
Ən böyük itkilərlə Mixail Fridman üzləşib – onun sərvəti 2.26 milyard dollar azalaraq 12.5 milyard dollara düşüb.
2012-ci ilin martından agentlik planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Bloomberg Billionaires Index”i dərc edir.