8 C
Baku
Monday, December 23, 2024

Ən zəngin rusiyalıların sərvəti ilin əvvəlindən $7.9 mlrd. artıb

Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2024-cü ilin əvvəlindən 7.915 milyard dollar artıb. “Bloomberg Billionaires Index”in məlumatına görə, İlin əvvəlindən “Severstal”ın yaradıcısı Aleksey Mordaşov 4.43 milyard dollar qazanıb, onun sərvəti 25.3 milyard dollara yüksəlib.

Daha bir rusiyalı sahibkar Mixail Proxorovun sərvəti 2.99 milyard dollar artaraq 18.7 milyard dollara çatıb. “Lukoil”un təsisçisi Vahid Ələkbərov 2.81 milyard dollar qazanıb, onun sərvəti isə 27.5 milyard dollardır.

Ən böyük itkiyə Rusiyanın dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Alişer Usmanovun sərvəti 7.44 milyard dollar azalaraq 13.6 milyard dollara düşüb. 2012-ci ilin martından agentlik planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatları dərc edir.

Son xəbərlər
Digər xəbərlər