Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən bəri 24.586 milyard dollar artıb, bu məlumatı “Bloomberg Billionaires Index” təsdiqləyir. Bildirilir ki, ən çox “Nornikel”in prezidenti Vladimir Potanin qazanıb – onun sərvəti 3.83 milyard dollar artaraq 31.7 milyard dollara çatıb.
Rusiyanın ən böyük dəmir filizi istehsalçısı “Metalloinvest”in səhmdarı Alişer Usmanovun sərvəti 3.17 milyard dollar artaraq 16.4 milyard dollar olub. Ən böyük itkilərə iş adamı Vladimir Lisin məruz qalıb – onun sərvəti 1.68 milyard dollar azalaraq 24.1 milyard dollar təşkil edib.
2012-ci ilin mart ayından agentlik planetin ən zəngin 500 adamının sərvətinə dair məlumatları özündə əks etdirən “Bloomberg Billionaires Index”i dərc edir.