23 C
Baku
Wednesday, May 29, 2024

“Enel” Rusiya bazarını tərk edib

Oktyabrın 12-də İtaliyanın enerji nəhəngi “Enel” Rusiya aktivlərinin satışını başa çatdırdığını və ölkə bazarını tərk etdiyini açıqlayıb

Avropanın ən böyük enerji şirkəti “Enel Russia”dakı bütün payını “Lukoil” və “Qazprombank-Freziya” investisiya fonduna 137 milyon avroya satdığını bildirib.

Müqavilənin “Enel”in təxminən 610 milyon avroluq xalis borcuna müsbət təsir edəcəyi və məlum 1.3 milyard avroluq xalis gəlirə mənfi təsir göstərəcəyi gözlənilir.

Qeyd edək ki, “Enel” İtaliyanın ən böyük enerji şirkəti olmaqla yanaşı, həm də dünyanın ən böyük enerji şirkətlərindən biridir. O, əvvəllər dövlət şirkəti olub, hazırda isə qismən özəlləşdirilib.

Xatırladaq ki, “Enel” Rusiyanı tərk edəcəyini hələ iyun ayında açıqlamışdı.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər