25 C
Baku
Friday, August 19, 2022

Energetika naziri Almaniyaya səfər edib

Energetika naziri Pərviz Şahbazov Almaniya Federativ Respublikasının federal xarici işlər naziri Annalena Berbok və federal iqtisadiyyat və iqlim mühafizəsi üzrə nazir Robert Habekin dəvəti ilə Almaniyaya səfər edib. Energetika Nazirliyindən Banker.az-a verilən məlumata görə, nazir 29-30 mart tarixlərində Berlində təşkil olunacaq “8-ci Berlin Enerji Keçidi Dialoqu” adlı beynəlxalq konfransda iştirak edəcək. Nazirlikdən bildirilir ki, Pərviz Şahbazov tədbirin açılış günü baş tutacaq “Ədalətli və sosial enerji keçidinin təkanverici amilləri” mövzusunda panel müzakirələrinə qatılacaq.

Qeyd edək ki, Almaniya Federal Xarici İşlər Nazirliyi və Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi tərəfindən təşkil edilən Berlin Enerji Keçidi Dialoqu (BETD) Konfransı 2015-ci ildən etibarən keçirilir. 70-dən çox xarici işlər və energetika nazirinin, digər yüksək səviyyəli nümayəndələrin, eləcə də 130-dan çox dövlətdən 20 mindən çox virtual iştirakçının qatıldığı BETD qlobal enerji keçidinə həsr olunmuş əsas beynəlxalq konfransdır.

berlin energy dialogue

Son xəbərlər
Oxşar xəbərlər