21 C
Baku
Saturday, June 29, 2024

Energetika naziri digər neft istehsalçılarının öhdəliklər götürməsini təklif edib

Bir neçə “OPEC plus” ölkəsinin iştirakı ilə qeyri-rəsmi formatda keçirilən videokonfransa Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da qatılıb.

Energetika nazirliyindən verilən məlumata görə, konfransda neft bazarının hazırkı vəziyyəti və may ayından öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov müzakirələr zamanı “OPEC plus” formatında təmsil olunmayan digər neft istehsalçılarını öhdəliklər götürməyə dəvət edib: “OPEC plus” tarixi missiya yerinə yetirir və müvafiq öhdəliklər götürüb. İndi isə “OPEC plus” dan kənar neft istehsalçıları bu prosesə fəal şəkildə qoşulmalı və öz öhdəliklərini elan etməlidirlər”.

©APA

Son xəbərlər
Digər xəbərlər