28 C
Baku
Saturday, July 27, 2024

Energetika naziri “OPEC plus” nazirlərinin 7-ci iclasında iştirak edəcək

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib.

Energetika Nazirliyindən  verilən məlumata görə, nazir dekabrın 6-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşündə iştirak edəcək.

“OPEC plus” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının vəziyyəti müzakirə ediləcək. OPEC-in dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyalarının təhlili əsasında hazırlanmış təqdimatı və ölkələr üzrə öhdəliklərin icra göstəriciləri nəzərdən keçiriləcək.

Qeyd edək ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

                                                                                                                   Report

Son xəbərlər
Digər xəbərlər