Yanvar ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı bilavasitə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə və Energetika Nazirliyə 547 müraciət daxil olub.
Banker.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin açıqlamasına görə, aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 4 layihə sənədinin razılaşdırılmasından imtina olunub.
Həmçinin 81 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.
Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 313 olub. Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 6 layihə sənədinin razılaşdırılmasından imtina olunub. Agentlik tərəfindən 3 inzibati xəta haqqında protokol tərtib edilib, 2 işə baxılıb və qərar verilib.