24 C
Baku
Thursday, April 18, 2024

Energetika Nazirliyi yenidən Hökumət Evində fəaliyyət göstərəcək

Energetika Nazirliyi Bakının Heydər Əliyev prospekti, 152 ünvanındakı “Çinar Plaza” biznes mərkəzini tərk edir.

Nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək.

Artıq qurumun bəzi şöbələrinin yeri dəyişdirilib. Mərhələlərdə həyata keçirilən köçmə prosesi gələn ay başa çatacaq.

Xatırladaq ki, Hökumət Evinin 2-ci və 9-cu mərtəbələri Energetika Nazirliyinə məxsus olub. Həmin mərtəbələrdə aparılan təmir işləri ilə əlaqədar nazirlik “Çinar Plaza”nın 12, 14 və 16-cı mərtəbələrinə köçmüşdü.

©Report

Son xəbərlər
Digər xəbərlər