31 C
Baku
Wednesday, July 24, 2024

Energetika Nazirliyinin büdcəsi artırılıb

2021-ci ildə Energetika Nazirliyinin gəlirləri 9,473 milyon manat təşkil edib.

Bu, 2020-ci illə müqayisədə 14% çoxdur.

Energetika Nazirliyinin ötənilki gəlirlərinin demək olar ki, hamısı – 9,472 milyon manat qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 17% çoxdur. Hesabat dövründə nazirlik birja əməliyyatlarından isə cəmi 2 min manat (45,9%) gəlir əldə edib.

2021-ci ildə Energetika Nazirliyinin xərcləri isə 17,5% artaraq 9,786 milyon manat, o cümlədən əmək haqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 12,2 % artaraq 4,777 milyon manat, sərf etdiyi materialların dəyəri ilk dəfə 117 min manat, amortizasiya xərcləri 10,9 % azalaraq 278 min manat, sair əməliyyat xərcləri isə 25,5% artaraq 4,614 milyon manat olub.

 

 

Son xəbərlər
Digər xəbərlər