Azərbaycan Respublikası Energetika Nazirliyinin işçilərinin say həddi cəmi 200 ştat vahididindən 220 ştat vahidinə olmaqla, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi üzrə 40 ştat vahidindən 60 ştat vahidinə qaldırılıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 20 oktyabr 2023-cü il tarixində fərman imzalayıb.