Energetika Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, “Energetika Nazirliyinin Aparat rəhbərinin müavini – daxili nəzarət şöbəsinin müdiri” sözləri “Energetika Nazirliyi Aparatının şöbəsinin müdiri” sözləri ilə əvəz edilib.