10 C
Baku
Thursday, December 12, 2024

Energetika sahəsi üzrə məlumatların vahid elektron bazası yaradılır

Azərbaycan Respublikasının Energetika Nazirliyi “AistGroup” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “energetika sahəsi üzrə məlumatların vahid elektron bazası” adlı elektron platformanın (sistemin) satınalınması nəzərdə tutulur.

Energetika Nazirliyi “AistGroup” MMC-yə buna görə 48 350 manat ödəyəcək.

Qeyd edək ki, “AistGroup” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 000 manatdır və qanuni təmsilçisi Fərid Əlizadədir.

 

Son xəbərlər
Digər xəbərlər