9 C
Baku
Thursday, December 26, 2024

Enerji auditinin həyata keçirilməsinə dair qaydalar təsdiq olunub

“Enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının forması, verilməsi qaydası, onun qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaya uyğun olaraq Energetika Nazirliyindən ixtisas attestatı almış, energetika və iqtisadi sahələrdə ali təhsilə malik və müvafiq ixtisası üzrə ən azı 3 (üç) il iş təcrübəsi olan şəxslər enerji auditoru kimi fəaliyyət göstərmək hüququna malikdirlər. Energetika və iqtisadi sahələrdə cinayət törətməyə görə məhkum edilmiş şəxslər enerji auditoru kimi fəaliyyət göstərə bilməzlər.

 

Son xəbərlər
Digər xəbərlər