Azərbaycanda “Enerji auditinin keçirilməsi və nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması” təsdiq edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qayda enerji istehlakına dair məlumatın əldə olunması və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə binaların (qurğuların) və təsərrüfatların qiymətləndirilməsini özündə ehtiva edən enerji auditinin keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir və enerji auditinin nəticəsinə dair hesabatın təqdimatı qaydasını və formasını müəyyən edir.
Məcburi enerji auditi 3 (üç) ildən bir, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2022-ci il 17 avqust tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilmiş meyarlar əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilən enerji auditi obyektlərində keçiriləcək.