6 C
Baku
Sunday, December 15, 2024

Enerji böhranı neftin barelini 90 dollara yaxınlaşdırır

Neftin barreli dünya biralarında enerji böhranı səbəbindən bir qədər də bahalaşmaqla 86 dollara çatıb. Bu da son 7 ilin maksimal göstəricisi deməkdir.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin Londonun ICE birjasındakı hər barrelinin dekabr fyuçerslərindəki qiyməti 90 sent, yaxud 1.47% yüksəlişlə 85.76 dollara yüksəlmişdir.

Bahalaşma eləcə də Texas neftində daha çox müşahidə edilməkdədir. WTI markalı xam neftin Nyu-Yorkun NYMEX birjasında hər barreli 1.21 dollar, yaxud 1.47 dollar bahalaşmaqla 83.49 dollara yüksəlib.

Asiyadan Avropaya qədər təbii qaz və daş kömür çatışmamazlığı səbəbindən neftə əlavə tələb yaradır. Əlavə olaraq isə pandemiya başlanğıcında OPEC+ alyansı hasilatın həcmində kvota tətbiq edir. Bu da öz növbəsində neftin qiymətinin artımını əsas tətikləyən amilə çevrilir.

ABŞ-ın nüfuzlu “Bank of America”nın proqnozuna görə, neftin hər barrelinin gələn il 100 dollar olacaq. Banka görə, qlobal neft istehlakı iqtisadi canlanma ilə birlikdə istehsaldan daha çox olacaq və ətraf mühitlə əlaqədar olaraq yeni hasilat investisiyaları azalacaq.

Son xəbərlər
Digər xəbərlər