9 C
Baku
Friday, December 13, 2024

Enerji defisitini necə yaratmaq olar?

1. Təbii qaz. Bu enerji resursuna sadəcə olaraq tavan qiyməti müəyyənləşdirin. Tavan qiyməti əksəriyyətin yeni tədqiqat aparmaq istəyini öldürəcək, hətta təbii qaz istehlakının artımına təkan verəcək. İnflyasiya kimi amilə fikir vermədən qiymətləri aşağı salmağa davam edin. Bu, effekti gücləndirməyə imkan verəcək və mütləq defisitə gətirib çıxaracaq. 

2. Kömür. Tərkibində kükürd olan kömürün istifadəsinə qadağa qoyun. Bu manevr kömür tədarükünü kəskin şəkildə aşağı salacaq. Bundan sonra açıq üsulla kömür çıxarılmasına qadağa qoymaq olar ki, bu da kömür tədarükünün əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq. Daha sonra hətta çoxları üçün gözlənilməz olan yeni təhlükəsizlik qayda və standartları tətbiq etmək olar, bu da yataqlarda hasilatın kəskin şəkildə azalmasına gətirib çıxara bilər. Xərclərin daimi artımı kompensasiya edilməsin və inkişaf üçün kapital qoyuluşları həyata keçirilməsin deyə kömürün qiymətini “dondurun”.

3. Atom enerjisi. Tamamilə yeni lisenziya şərtləri işləyib hazırlayın. Bu, tikinti prosesini təxminən 5-10 il gecikdirəcək. Prosesin daha da ləngiməsi üçün ekoloqların irəli sürdükləri müxtəlif iddialar kifayət qədər səmərəli ola bilər. Əgər ki stansiya istənilən halda tikiləcəksə, onda onun tam gücü ilə işləməsinin qarşısını alın.

4. Neft. Ilk öncə benzinlə işləyən avtomobillər tərəfindən yanacaq istehlakını artırmağa çalışmaq olar. Ətraf mühitin təmizliyi uğrunda mübarizə aparıldığını və bununla əlaqədar olaraq, avtomobillərin daxili yanma mühərriklərinin modifikasiyasına ehtiyac olduğunu bəhanə gətirərək, onların faydalı iş əmsalını (FİƏ) əhəmiyyətli dərəcədə azaltmaq olar. Yalnız bu qərar neft defisiti üzrə fenomenal göstəricilərə nail olmağa imkan verə bilər. İndi isə yenidən kükürd amilinə qayıdaq və istehsalda yüksək kükürdlü neftin istifadəsinə qadağa qoyaq. Bu, əksər neft emal edən müəssisələrin əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Bundan sonra həmin müəssisələrin öz təchizatlarının tam modernləşdirməsini həyata keçirmələri üçün plana uyğun olaraq yeni ekoloji tələb və məhdudiyyətlər irəli sürmək olar. Bu ekoloji tələblərin daima əlinizin altında olmasına nəzarət edin, çünki bu, yeni müəssisələrin tikilməsi və köhnə neft emal edən müəssisələrin genişləndirilməsinə imkan verməyəcək. Və nəhayət, hər cür üsullarla neft emalı sənayesinə edilən investisiyaların azalmasına çalışın.

Son xəbərlər
Digər xəbərlər