Azərbaycan Respublikasında istehsal olunan energetik içkilər üzrə aksiz dərəcələri artırılıb.
Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, energetik içkilərin hər litrinə 0,2 manat artırılaraq 3,3 manat aksiz dərəcəsi tətbiq ediləcək.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.








