27 C
Baku
Saturday, July 27, 2024

Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydaları müəyyənləşib

“Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi Qaydaları” təsdiq edilib. Bu Qaydalar şəxsi məqsədlər üçün istifadə edilən, sərnişin və yük daşımalarına xidmət edən nəqliyyat vasitələrinə, habelə bu Qaydalar qüvvəyə minənədək bazara yerləşdirilmiş və işlənilmiş məhsullara (idxal edilən məhsullar istisna olmaqla) şamil edilmir. Bu Qaydaların tələblərinə riayət olunmasına nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçir.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Enerji etiketi enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların enerji istehlakı həcminə dair sənəd, bazara yerləşdirilmə məhsulun ilk dəfə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılması. enerji istehlakı üzrə etiketlənən məhsul bazara yerləşdirilən, enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlıq, qurğu və cihazlardır.

 

 

Son xəbərlər
Digər xəbərlər