Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, Ağa Hacızadə Enerji Məsələlərini Tənzimləmə Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O, buna qədər Enerji Məsələlərini Tənzimləmə Agentliyində Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi çalışırdı.
Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə yaradılıb.