6 C
Baku
Sunday, December 15, 2024

“Enerji probleminə görə bəzi Qərb dövlətləri Rusiya ilə danışıqlara başlamağı təklif edir”

Kiyevin bir sıra Qərb tərəfdaşları qış yaxınlaşdıqca Rusiya ilə danışıqlar məsələsində maraqlı olub.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rada telekanalının efirində bildirib.

O qeyd edib ki, enerji resursları ilə bağlı problemlərə görə bəzi Qərb dövlətləri Rusiya Federasiyası ilə sülh danışıqlarına başlamaq üçün fəal təkliflərlə çıxış edir.

“Biz Rusiyanın konstruktiv mövqeyinin reallığa uyğun olmadığını çox sakit şəkildə izah etməyə çalışırq”,- deyə nazir bildirib.

O, həmçinin əlavə edib ki, hazırda Ukrayna Moskvanın danışıqlara hazır olduğunu göstərən siqnallar görmür.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər