11 C
Baku
Sunday, November 17, 2024

“Enerji sahəsindəki sanksiyalara görə Rusiya gündə 160 mln. avro itirir”

“Biz başlatdığı bu dəhşətli müharibənin bədəlini Rusiyaya ödədirik”.

Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Ursula von der Leyen bildirib ki, Aİ-nin və tərəfdaşlarının Rusiyaya tətbiq etdiyi güclü sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi zərbə vurur. Onun sözlərinə görə, enerji sahəsindəki məhdudiyyətlər Rusiyaya gündə 160 milyon avroya başa gəlir. “Bizim bu təzyiqimiz yeni tədbirlərlə daha da artacaq”, o qeyd edib.

Avropa Komissiyasının Prezidenti əlavə edib ki, Aİ və G7 ölkələri Rusiyanın neft və neft məhsullarının qiyməti ilə bağlı yeni hədd müəyyənləşdirməyi planlaşdırır. Prezident Ursula von der Leyen qeyd edib ki, Rusiya bu müharibəyə başlamazdan əvvəl Aİ Rusiyanın bədəl ödəməyə məcbur olacağı barədə çox aydın danışıb və öz xəbərdarlığını edib.

“Bu genişmiqyaslı işğalın başlanmasının ildönümündə bizim onuncu sanksiyalar paketi də hazır olacaq”, – von der Leyen bildirib.

O vurğulayıb ki, Rusiya Ukraynada törətdiyi dağıntıların əvəzini ödəmək məcburiyyətində qalacaq və Ukraynanın yenidən qurulması üçün vəsait ayırmalı olacaq.

“Yəni, Rusiyanın vəsaitləri Ukraynanın xeyrinə istifadə olunacaq. Bunu necə edəcəyimizə biz qərar verəcəyik”, – Avropa Komissiyasının rəhbəri bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər