Azərbaycanın iri sement istehsalçılarından olan «Norm» şirkətinin rəhbərliyi şirkətin öz fəaliyyətində qarşılaşdığı çətinlikləri və imkanları açıqlayıb. Bu barədə şirkətin baş direktoru Henninq Sasse bildirir. Baş direktorun sözlərinə görə, əsas çətinliklər aşağıdakılardır:
Sement əvəzedicilərinin mövcudluğu və xammal defisiti
Sement istehsalatı resurs tələb edən və karbon qazının yaranması ilə nəticələnən bir prosesdir. Tikinti sənayesində müasir texnologiyaların inkişaf etməsi, betonun çərçivə və polad strukturları ilə əvəz olunması, həmçinin dayanıqlı odundan istifadənin artması sement məhsullarına olan tələbatı azalda bilər: «Biz davamlı olaraq müştərilərimiz ehtiyaclarını daha dayanıqlı bir şəkildə qarşılayacaq sement məhsullarının istehsalatı üçün istehsalat proseslərimizi inkişaf etdirir və yeniləyir, məhsullarımızın keyfiyyətini artırır, qiymətləri azaldır və məhsul portfelimizin diversifikasiyasını artırırıq».
Yüksəkixtisaslı işçilərin az olması
Bu məsələ əhəngdaşının çıxarılmasından daşınmasına və yekun məhsulun çatdırılmasınadək sement istehsalının istənilən mərhələsində qəzalara gətirib çıxara bilər. Biz uzunmüddətli tərəqqimizin ayrılmaz elementi olan əməkdaşlarımızın peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün təlim və təhsil proqramlarımızın keyfiyyətini davamlı olaraq təkmilləşdirir və yeniləyirik.
Bazara yeni oyunçuların daxil olması
Ümumi qayda olaraq, yeni rəqiblər mövcud sənaye oyunçuları üçün təhlükə yaradır. Bu istənilən təşkilatın rəqabət landşaftını yaradan və sənayenin maraqlılığını müəyyən edən əsas qüvvələrdən biridir. Hal-hazırda Azərbaycan bazarında istehlak həcminin tələbatdan artıq olduğunu və valyuta məhdudiyyətlərini nəzərə alaraq bu təhlükənin realizasiyası ehtimalı aşağıdır. Buna baxmayaraq, gənc bir şirkət olaraq, biz qısa müddət ərzində yaxşı reputasiya qazanmaq üçün müasir zavod və avadanlıqlara iri miqdarda sərmayələr yatırmışıq. Əhalinin kəskin artımı, sürətli urbanizasiya, sənayeləşmə və iri-miqyaslı infrastruktur inkişaf layihələri səbəbi ilə qlobal sement istehsalatı son 15 il ərzində üç dəfə artmışdır. Hər bir uğurlu iqtisadiyyatda inkişaf etmiş infrastrukturun ən vacib göstəricilərindən olan tikinti sənayesinin möhkəmliliyi və artımı sement istehsalının eyni sürətlə inkişaf etməsindən asılıdır.
Elektrik tarifləri yüksəkdir
Əməliyyatlarımızın genişlənməsini nəzərə alaraq, biz zavodumuzda elektrik enerjinin istehlakının əhəmiyyətli dərəcədə artmasını və nəticədə əməliyyat xərclərinin yüksəlməsini gözləyirik. Bu səbəbdən, NORM kimi iri istehsal müəssisələri üçün əlavə endirimlər qarşılığında istehsal dövrünün pik (gündüz) saatlardan qeyri-pik (gecə) saatlarına dəyişilməsi ilə Azərbaycan Respublikasının 2016- 2025-ci illəri əhatə edən Strateji Yol Xəritəsində nəzərdə tutulduğu kimi, elektrik enerjisi infrastrukturuna sərf olunan maliyyə xərclərinin əhəmiyyətli dərəcədə azalması mümkün ola biləcək.
Gömrük rəsmiləşdirilməsi xərcləri yüksəkdir
«Gömrük xərclərinin artması ixrac fəaliyyətimiz üçün əsas maneələrdən biridir. İxrac gömrük rüsmlarının sıfır olduğu halda, gömrük xərclərinin satış qiymətində nisbəti 5%-dən 19%-dək artmışdır. Nəticədə ixrac əməliyyatları əlavə xərc və zərərlərə səbəb olur və bizim üçün əlverişsiz olmağa başlayır». Beləliklə, ixrac fəliyyətini stimullaşdırmaq, yerli biznesin inkişafına təkan vermək, eləcə də ölkəyə xarici kapitalın axınını təmin etmək məqsədilə mövcud gömrük xərclərinin yenidən baxılması və yüngülləşdirilmiş şərtlərin tətbiq edilməsini çıxış yolu kimi görürük».