12 C
Baku
Monday, September 30, 2024

“Engie”nin gəlirləri 8,5% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Avropanın ən böyük enerji şirkətlərindən biri sayılan Fransanın “Engie” şirkətinin gəlirləri illik nisbətdə 8,5% azalaraq 39,6 mlrd. avro təşkil edib.

Bu barədə şirkətin dərc etdiyi maliyyə hesabatında deyilir.

Qeyd edək ki, “Engie” yanvar-sentyabr üzrə xalis mənfəət göstəricilərini təqdim etməyib.

Hesabat dövründə şirkətin əməliyyat mənfəəti illik müqayisədə 27,9% azalaraq 2,8 mlrd. avroya enib. EBIDTA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13% azalaraq 6,2 mlrd. avro təşkil edib.

Şirkət sentyabr ayının sonuna xalis borcunun 2019-cu ilin sonuna nisbətən 0,2 mlrd. avro azalaraq 25,7 mlrd. avro olduğunu qeyd edir.

Cari ilin sonunda “Engie” xalis mənfəətin 1,7-1,9 mlrd. avro, EBIDTA üzrə göstəricinin isə 9-9,2 mlrd. avro səviyyəsində olacağını proqnozlaşdırır. Kapital xərcləri ilin sonunadək 7,5-8 mlrd. avro arasında olacaq.

Xatırladaq ki, “Engie” (əvvəlki adı “GdF Suez”) elektrik enerjisi istehsalı, ötürülməsi və təchizatı, təbii qazın istehsalı, nəqli və təchizatı, eləcə də alternativ enerji mənbələri sahəsində fəaliyyət göstərir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər