“Enginet İnvest” MMC nizamnamə kapitalını azaldıb.
Banker.az xəbər verir ki, 15.08.2023 tarixli qərarına əsasən “Enginet İnvest”in Nizamnamə kapitalının məbləği 1000000 manata qədər azaldılır.
Buna qədər şirkətin nizamnamə kapitalı 4 800 100 manat idi.
“Enginet İnvest” MMC 8 Yanvar 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Vasiliy Vitkalovdur, hüquqi ünvanı isə Bakı, Yasamal rayonu Mirəli Seyidov ev 20 C, məhəllə 3148, m. 82-dir.