15 C
Baku
Tuesday, November 19, 2024

AIDA (klassik istehlakçı davranışı modeli) nədir?

0

Have a Question?

AIDA — marketinqdə insanın alışa qədər keçdiyi yolu izah edən klassik istehlakçı davranışı modelidir.

AIDA-ya görə, siz dörd addımda müştərini alışa apara bilərsiniz:

– Attention (diqqət) – reklam vasitəsilə məhsula diqqət çəkmək;

– Interest (maraq) – unikal satış təklifi ilə məhsula maraq oyatmaq;

– Desire (istək) – məhsulu almaq istəyini oyatmaq;

– Action (hərəkət) – müştərini alışa sövq etmək.

1a8af049eae2fbf9c856e6218c70d9db9077138c999

Nüanslar

Marketoloqlar bir əsrdən çoxdur ki, AIDA-dan istifadə edirlər. Bu termin 1898-ci ildə amerikalı reklam mütəxəssisi Elays Sent-Elmo Lyuis tərəfindən istifadəyə daxil olub.

Bu model bir çox əhəmiyyətli üstünlüklərə malikdir:

1. AIDA sadə və universaldır, istənilən sahədə istifadə edilə bilər.

2. AIDA-da hər bir addımın effektivliyi asanlıqla izlənilə bilər.

3. Model yaradıcılıq üçün geniş imkanlar verir.

AIDA modeli insan psixologiyası əsasında işləyir. O, bir sıra stereotip davranış reaksiyalarına (nümunələrinə) əsaslanır. Marketoloqlar insanı alış-veriş etməyə həvəsləndirmək üçün psixoloji üsullardan (triqqerlərdən) istifadə edirlər.

Tənqid

AIDA modelinin bütün üstünlüklərinə baxmayaraq, bəzi mütəxəssislər onu köhnəlmiş adlandırırlar və analoqlarını təklif edirlər. Məsələn, Filip Kotler “Marketinq 4.0” kitabında beş “A” modelini təklif etdi: tanışlıq (Aware), maraq (Appeal), araşdırma (Ask), fəaliyyət (Act), öhdəlik (Advocate).

Müəyyən hallarda AIDA modelinə beşinci ünsür də əlavə olunur – Statisfaction (məmnuniyyət): məmnun olan müştəri geri qayıdacaq və bəlkə də özü ilə yeni müştərilər gətirəcək.