Have a Question?
AirDrop – kriptovalyuta və ya tokenlərin pulsuz paylanması prosesi və bir marketinq strategiyasıdır. İngilis dilindən tərcümədə Air hava, Drop düşən mənasını verir. Yəni havadan düşən pul – havayı! AirDroplar adətən hər hansı yeni kriptovalyutanın bazara çıxarılması və ya tanıdılması üçün asan və tez şəkildə reklam edilməsi üçün istifadə olunur. Kriptovalyuta birjaları istifadəçi saylarının artırılması, kripto-startaplar isə öz layihələrinə diqqət cəlb etmək üçün airdroplardan aktiv istifadə edərək pulsuz token və ya kriptovalyuta paylayırlar. Bir sözlə, AirDrop – kriptovalyuta qazanmağın ən asan üsuludur! AirDroplar kriptovalyutalarla yeni tanış olan və onlara investisiya etməyə kapitalı olmayan şəxslər üçün əla fürsətdir. Bunun üçün kripto-mediada xəbərləri izləmək və AirDrop şərtlərinə əməl etmək lazımdır. AirDrop zamanı paylanan rəqəmsal aktivlərin ilkin dəyəri minimal olsa da müəyyən müddətdən sonra qiymətinin artması şansı yüksək olur.
AirDroplar şərtlərinə və iştirakçıların yerinə yetirməli olduqları prosedur qaydalarına görə fərqlənirlər. AirDropların 2 əsas növü var: Avtomatik və Stimullaşdırıcı.
Avtomatik: Bu zaman iştirakçılardan heçnə tələb olunmur – sadəcə hər hansı bir kriptovalyutaya sahib olmaq yetərlidi. Adətən belə AirDroplar konkret kriptovalyutanın forku zamanı baş verir. Misal üçün, 2017-ci iln avqust ayın bitcoin şəbəkəsində fork baş verdi və nəticədə hər bir şəbəkə üzvü sahibi olduğu kriptovalyuta qədərində pulsuz olaraq bitcoin cash aldı. Hazırda bir çox İCO-lar Ethereum blockchain-i üzərində aparılır və şirkətlər AirDroplarda iştirak üçün müəyyən miqdarda ETH sahibi olmağı şərt kimi qoyurlar.
Stimullaşdırıcı: Bu tip AirDroplarda qazanmaq üçün iştirakçılara bəzi elementar tələblər qoyulur. Layihə üzrə müvafiq saytlarda qeydiyyatdan keçmək, tematik formlarda iştirak etmək, sosial mediada – Facebookda paylaşma və ya Like etmək, Telegram qruplarına üzv olmaq, Twitterdə repost etmək və s. Beləliklə, şirkətlər AirDroplar sayəsində reklam və tanıtım edir, iştirakçılar isə pulsuz kriptovalyuta və ya token sahibi olur. Əslində şirkətlər bundan daha çox fayda əldə edir çünki reklam kompaniyaları kifayət qədər ciddi xərclər tələb edir. Stimullaşdırıcı airdroplar şirkətlərə kriptovalyuta (ilkin dəyəri az olan) paylamaqla daha az xərclərlə tanıtım və reklam etməyə imkan yaradır. Bu tip AirDroplar bir çox hallarda “Bounty AirDrop” da adlandırılır.
AirDrop haqqında hardan məlumat almaq olar? İnternetdə AirDroplar haqqında bir neçə məlumat mənbələri movcuddur:
- Bitcointalk.org – Ən populyar kriptovalyuta forumudur. Adətən yeni kripto və blockchain layihələr ilk növbədə bu platformada elan edilir. Bitcointalk-da İCO və digər layihələrin tarixçəsini izləmək, müzakirələrdə iştirak etmək olduqca faydalıdır.
- AirDrop saytlar – Hazırda bir çox platformalar var ki, yeni AirDroplar və onlarda iştirak etmək şərtlərini öyrənmək olar: airdrops.io, airdropking.io, airdropalert.com. Bu saytların Twitter, Telegram, Facebook, Reddit, Bitcointalk səhifələrini təqib etməklə airdroplar haqqında operativ məlumatları əldə edə bilərsiniz.
Nəticə
Beləliklə, AirDroplardan pulsuz kriptovalyuta qazanmaq üçün sizin e-poçtunuz, sosial şəbəkələrdə (Facebook, Twitter, Telegram) və Bitcointalk-da hesabınız, kriptovalyuta üçün elektron cüzdanınız olmalıdır. Əgər boş vaxtiniz, xarici dil (ingilis və ya rus) bilikləriniz varsa və pul xərcləmədən kriptovalyuta əldə etmək istəyirsinizə kripto-xəbərləri izləyin və AirDroplarda iştirak edin. AirDroplar kriptovalyutalar haqqında biliklərinizi daha da artıracaq və əlavə gəlir əldə etməyə imkan verəcəkdir. Odur ki, araşdırın, öyrənin və qazanın. Uğurlar!
Müəllif: Elnur Quliyev