Have a Question?
Alternativ investisiya – investorların portfellərini şaxələndirmək üçün istifadə etdiyi qeyri-ənənəvi kapital qoyuluşudur.
Alternativ investisiya – çox geniş termindir, hansıki müxtəlif qeyri-ənənəvi (yəni qiymətli kağızlarla əlaqəli olmayan) investisiyaları ifadə edir – lüks mallar, incəsənət, kolleksiya alkoqolu, daşınmaz əmlak, film istehsalı və s.
Alternativ (ənənəvi) investisiyalar obyektin bazar dəyərinin artması hesabına əlavə gəlir əldə etmək məqsədini daşıyır.
Nüanslar
İnvestorlar alternativ investisiyalara müxtəlif səbəblərdən əl atırlar. Onlardan biri – ənənəvi investisiyalara inamın itirilməsi, şaxələndirmənin əlavə yollarının axtarışı, ayrı-ayrı əşyaları əldə etmək istəyidir.
Səhmlərdən və istiqrazlardan fərqli olaraq, alternativ investisiya əşyalarının dəyəri daha sabitdir və bazarda baş verən hadisələrin təsiri altında dəyişmir. Başqa sözlə desək, onların volatilniyi aşağıdır. Lakin eyni zamanda likvidliyi də zəifdir – yəni onları bazar qiymətinə tez satmaq çətin ki, mümkün olsun.
Digər risklər arasında onların qiymətini proqnozlaşdırmaq üçün etibarlı yolun olmamasıdır. Üstəlik, alternativ investisiyalar bahalıdır. Burada kiçikdən başlamaq olmayacaq.