11 C
Baku
Monday, November 25, 2024

Ambient marketing (ətraf mühit marketinqi) nədir?

0

Have a Question?

Ambient marketing (ətraf mühit marketinqi) – ətraf mühitin elementlərindən istifadə edən xarici reklam növüdür.

Bu konsepsiya 1990-cı illərdə, marketoloqların xarici reklam məsələsinə daha yaradıcı şəkildə yanaşmağa başladığı zaman yaranıb. Ətraf mühit marketinqi izləyicini təəccübləndirməyi, onda emosiyalar oyatmağı hədəfləyir.

Nüanslar

Ətraf mühit marketinqinin üsullarına həmçinin memarlıq konstruksiyaları da daxildir. Bu cür reklamların nəticəsi olaraq meydana çıxan yerlər “placemaker” adlanır: onlar şəhər landşaftını dəyişdirir, insanları oraya təkrar-təkrar qayıtmağa təşviq edir.

Tərəfdarları və əleyhdarları

“Ambient marketinq” diqqəti cəlb edir və yaxşı yadda qalır, insanlar onu əyləncəli bir şey kimi dostlarına danışır. Lakin bu yaradıcı yanaşmanın çatışmazlıqları da var: daim yeniliklər təqdim etməlisən, izləyiciləri təəccübləndirməlisən, əks halda reklam effektivliyini itirir.

Bununla yanaşı, ətraf mühit reklamında bəzi vacib nüanslar var: siz nəyi və harada yerləşdirəcəyiniz barədə düşünməlisiniz. Məsələn, asfalt üzərindəki reklam çox ucuz görünə, məhsul üzərindən keçmək onun dəyərini azalda bilər. Bəziləri ətraf mühit elementlərinin bu şəkildə istifadəsini vandalizm kimi də qiymətləndirir.

Dünyanın tanınmış şirkətlərindən “ambient marketing”inin nümunələri:

a686013ebd50bf9b463bd4c80ba155cf2661b9af

b6d23ffafcb23be20e84bd3e4498b716918e6a33

b09fa6448ce07383cbd4fd5bd71d066040109c97