Have a Question?
API (Application Programming Interface – tətbiqin proqram interfeysi və ya tətbiqlərin proqramlaşdırılma interfeysi) – bir proqramın funksiyalarını digər proqram daxilində istifadə etməyə imkan verən xüsusi protokoldur.
Misal olaraq sosial şəbəkədəki hesabınızdan istifadə edərək sürətli qeydiyyat prosedurunu göstərmək olar. Tətbiq sadələşdirilmiş girişi təmin etmək üçün sosial şəbəkənin API-sindən istifadə edə bilər.
Daha sadə desək, API-nin gücündən istifadə etmək – frilanseri (distant işləyən işçi) işə götürmək kimidir. Bir tətbiq digərinə lazımi işi tapşırır və məhsulu özününkü kimi təqdim edir.
Nüanslar
API-lər adətən proqramların və proqramların əməliyyat sistemləri və ya internet saytları ilə qarşılıqlı əlaqəsi üçün istifadə olunur. Əgər “Application Programming Interface” işləməsəydi, internetdəki demək olar ki, bütün xidmətlər və kompüter proqramları fəaliyyətini dayandırardı.
API-nin köməyi ilə proqramçılar müxtəlif tətbiqlərin imkanlarından istifadə edə bilərlər.