Have a Question?
Avropa Mərkəzi Bankı (ing. European Central Bank, ECB) – avro zonasına daxil olan ölkələrin pul-kredit siyasətini tənzimləyən maliyyə təşkilatıdır. Qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşir.
AMB 1998-ci ildə, Amsterdam sazişinin (1997-ci il) əsasında təsis edilsə də, onun yaradılması prosesi xeyli əvvəl başlayıb.
İkinci Dünya Müharibəsindən sonra Avropanın birləşməsi və vahid bazar məkanının formalaşması prosesinə başlandı. 1947-1957-ci illərdə Avropa ölkələri birləşdi və Avropa Ödəniş Birliyi yaradıldı.
1957-ci ildə Avropanın ən böyük ölkələri Avropa İqtisadi Birliyinə (EEC) birləşdirlər. 1979-cu ildə qarşılıqlı hesablaşmalar üçün ECU pul vahidi tətbiq edildi.
1988-ci ildə Avropa valyuta məkanının və Avropa Mərkəzi Bankının yaradılması haqqında memorandum, 1992-ci ildə isə Maahstrixtdə Avropa Birliyinin yaradılmasına dair beynəlxalq müqavilə imzalandı. 1994-cü ilin yanvarında bu razılaşmaya əsasən Frankfurt-na-Maynda Avropa Valyuta İnstitutu yaradıldı və o, 1998-ci ildə Avropa Mərkəzi Bankına çevrildi.
Bu gün AMB beynəlxalq müqavilələr əsasında fəaliyyət göstərən xüsusi hüquqi şəxsdir. Yaradıldığı tarixdə bankın nizamnamə kapitalı 5 milyard avrodan çox olub, əsas səhmdarları Avropa ölkələrinin mərkəzi banklarıdır. Onların payları fərqlidir: Deutsche Bundesbank – 18,9%, Fransa Bankı – 14,2%, İtaliya Bankı – 12,5%, İspaniya Bankı – 8,3%. Digər mərkəzi bankların payları 0,1 – 3,9% arasında dəyişir.
Avropa Mərkəzi Bankının ali orqanı idarə heyətinin üzvləri və avro zonasına daxil olan ölkələrin mərkəzi banklarının rəhbərləridir.
Bankın əsas vəzifələrinə aiddir:
– avro zonasında iqtisadi sabitliyin qorunması, hər şeydən əvvəl inflyasiya səviyyəsinin 2%-dən çox olmamasına nəzarət etmək;
– avro zonasında pul-kredit siyasətinin həyata keçirilməsi;
– valyuta ehtiyatlarının idarə edilməsi;
– avro emissiyası;
– faiz dərəcələrinin müəyyənləşdirilməsi;
Bu funksiyaları yerinə yetirmək üçün AMB sabitləşdirici kreditlər verir, aparıcı banklar üçün girov auksionlar keçirir, valyuta əməliyyatlarında iştirak edir və s.
Fəaliyyətində Avropa Mərkəzi Bankı rəsmi olaraq müstəqildir. Eyni zamanda, hər il Avropa Parlamentinə, Avropa Komissiyasına, Avropa Birliyi Şurasına və Avropa Şurasına hesabatlar təqdim edir.