Have a Question?
Şura 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.
Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. Şuraya vitse-prezident, Milli Məclisin sədri, baş nazir, Prezident administrasiyasının rəhbəri, dövlət müşavirləri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, dövlət təhlükəsizlik xidmətinin rəisi, daxili işlər naziri daxildir.
Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir. Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir. 20 iyun 2019-cu il tarixində Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilmişdir.
2019-cu ilin noyabrından etibarən isə Ramiz Ənvər oğlu Mehdiyev üzv təyin edilib.
Üzvlər
Katib
- Ramil Usubov
Üzvlər
- 1-ci vitse-prezident – Mehriban Əliyeva
- Mili Məclisin sədri – Sahibə Qafarova
- Baş nazir – Əli Əsədov
- Prezident Adminstrasiyası rəhbəri – Samir Nuriyev
- Baş prokuror – Kamran Əliyev
- Xarici işlər naziri – Elmar Məmmədyarov
- Müdafiə naziri – Zakir Həsənov
- Dövlət Təhlükəsizlik Xidməti rəisi – Əli Nağıyev
- Daxili işlər naziri – Vilayət Eyvazov
- Ramiz Mehdiyev (AMEA prezidenti)