Have a Question?
Bank identifikasiya nömrəsi (Bank Identification Number) – plastik kart üzərindəki nömrənin bir hissəsidir. Avtorizasiya, informasiyanın emalı və klirinq zamanı bankı identifikasiyalaşdırmaq üçün istifadə olunur.
BIN ödəmə sistemini və bu ödəmə sistemi çərçivəsində kartın növünü müəyyən edir.
Məsələn, VISA kartlarının identifikasiya nömrələri həmişə 4 rəqəmindən başlayır. Nömrənin formatı ISO/IEC 7812-1 ilə tənzimlənsə də, BIN daxilindəki bölgü ödəmə sisteminin qapalı məlumatıdır və yalnız bu sistemin iştirakçıları üçün əlçatandır.