Have a Question?
Bankların Audit Komitəsi – Azərbaycanda bankların Audit Komitəsi üç nəfər üzvdən ibarətdir. Komitənin üzvləri Müşahidə Şurası tərəfindən 3 ildən çox olmayan müddətə seçilir. Müşahidə Şurası Komitənin üzvlərindən birini Komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin əmək haqqı muzdlu formasında Müşahidə Şurası tərəfindən təyin edilir. Audit Komitəsi bankın strategiyasını və audit siyasətini müəyyən edir, daxili nəzarət sisteminin təkmilləşdirilməsinə dair Müşahidə Şurasına təkliflər verir, Maliyyə bazarına nəzarət orqanı normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.