Have a Question?
Baza punktu (ing. “basis point”) dedikdə, faiz punktunun yüzdə biri nəzərdə tutulur. Çox vaxt baza punktu %00 kimi göstərilir.
Baza punktu anlayışı faiz dərəcələrinin müxtəlif maliyyə alətləri üzrə səviyyə dəyişikliyini ifadə etmək üçün istifadə edilir.
Faiz dərəcəsinin dəyişikliyini xarakterizə edərkən faiz punktundan istifadə etsəniz, ikimənalılıq əmələ gələ bilər.
Məsələn, faiz dərəcəsi 20% təşkil edirdi və onun 1 baza punktu artması açıqlanır. Bu o deməkdir ki, yeni qiymət təşkil edəcək: 20% + 1% = 21%. Eyni zamanda, 1%-lik artım səhvən əvvəlki qiymətdən də hesablana bilər: 20 * (100+1) / 100 = 20,2%. Məhz bu səbəbdən faiz dərəcəsindəki dəyişiklik baza punktu ilə ifadə olunur. Məsələn, faiz dərəcəsinin 20 punkt atması, 20% + 0,01% * 20 = 20,2% deməkdir.