Have a Question?
Bootstrapping – üçüncü tərəfin maliyyəsini cəlb etmədən yalnız şəxsi vəsaitlə biznesin inkişafı.
Çox vaxt startaplar investorların vəsaitlərinə güvənir – bir çoxları üçün bu, demək olar ki, biznes-planı həyata keçirməyin yeganə yoludur. Bununla belə, investorlar heç də həmişə hər layihəni dəstəkləməyə razılaşmırlar. Belə olduqda biznesinizi yalnız öz vəsaitləriniz hesabına qurmalı olursunuz. Butstreppinq məhz budur.
Bəzən bu, sahibkarın özünün seçdiyi mövqedir: bəziləri asta inkişaf etməyi üstün tutur və investorlarla mümkün münaqişələrdən, o cümlədən biznesə nəzarəti itirməkdən qorxur.
Fakt
Butstreppinq – köhnə ingilis sözüdür. Termin özü 18-19-cu əsrlərdə tez-tez işlədilən “to pull oneself up by one’s bootstraps” (özünü çəkmənin qayışları (qulaqları) ilə bataqlıqdan çıxarmaq) ifadəsindən irəli gəlir.
Fikir
Set Qodin “Budstrepper bibliyası: öz biznesini sıfırdan necə qurmaq olar” kitabında butstreppinqin metodlarından biri kimi müqayisəli əvəzetmədən yazır. O, məhsulunuzu tanıtmaq əvəzinə, onu mövcud tanınmış brendə (və ya trendə) alternativ kimi təqdim etməyi təklif edir. Nümunələr: “Lexus – Mercedes və ya BMW qədər yaxşıdır və 30% ucuzdur”; “Southwest Airlines: Maşın qədər ucuz”; “7UP: Koka-kola deyil”; “Avis – Biz Hertz-dən daha çox çalışırıq” və s.