8 C
Baku
Wednesday, November 6, 2024

Daşınmaz əmlakın kadastr uçotu dedikdə nə başa düşülür?

0

Have a Question?

Daşınmaz əmlakın kadastr uçotu – kadastr orqanı tərəfindən  daşınmaz əmlak obyektlərinin yerləşmə, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi və ilkin, habelə yeniləşən  məlumatların daşınmaz əmlakın kadastrında qeydə alınmasıdır.

Uçota cəlb edilən obyektlərin sayından, işin həcmindən asılı olaraq kadastr uçotunun 2 növü vardır: sistemli (kütləvi, ardıcıl) kadastr uçotu işləri; sporadik (fərdi, adda-budda) kadastr uçotu işləri. Sistemli kadastr uçotu işlərinə hər hansı bir rayonun inzibati sərhədləri daxilində və ya ölkə miqyasında aparılan kadastr uçotu işlərini  aid etmək olar. Sporadik kadastr uçotu işlərinə vətəndaşların fərdi müraciətləri əsasında bu və ya digər konkret daşınmaz əmlak obyekti ilə bağlı aparılan uçot işləri aiddir.