15 C
Baku
Tuesday, November 19, 2024

DCF (diskontlaşdırılmış pul axını) nədir?

0

Have a Question?

DCF (ing. discounted cash flow – diskontlaşdırılmış pul axını) – biznesin dəyərini qiymətləndirmək üçün istifadə edilən maliyyə modelidir. Bir şirkətin dəyəri gələcək pul vəsaitlərinin hərəkətinin dəyərinin qiymətləndirilməsi ilə müəyyən edilir.

Daha sadə desək, diskontlaşdırma – indiki zamanda gələcək pulların qiymətləndirilməsidir.

Məsələn, 1 milyon manat pul yığmışınız və onlarla nə edəcəyinizi düşünürsünüz. Əgər heç nə etməsəniz, pulun bir hissəsini inflyasiyaya görə itirəcəksiniz. Əgər pulu inflyasiyaya bərabər olan faiz ilə banka qoysanız, kapitalınızı qoruyub saxlayacaqsınız. Yox, əgər fond bazarında və ya biznesə yatırım etsəniz, əmanətinizi hətta artırmış olacaqsınız. Bu və ya digər halda bugünkü və bir il sonrakı 1 milyon manat – fərqli məbləğlərdir.

“Cash flow” (pul axını) – şirkətin bütün xərclər çıxıldıqdan sonra istifadə etdiyi puldur.

Pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılması inflyasiya, risklər, alternativ gəlir və s. nəzərə alınmaqla şirkətin gələcəkdə nə qədər xərc çəkəcəyini hesablamağa imkan verir.

Nüanslar

Adekvat uçot dərəcəsinin müəyyən edilməsi – DCF hesablamalarında ən çətin sualdır. Qərbdə uçot dərəcəsi hesablanarkən inflyasiya, risk mükafatı, cəlb olunmuş vəsaitlərin kapitaldakı payı və digər göstəricilər nəzərə alınır.

Tənqid

DCF şirkətin bazar dəyərini proqnozlaşdırmaq üçün daha universal metod sayılır. Bununla belə, onun da mənfi cəhətləri var. Əsas çatışmazlıq ondan ibarətdir ki, mənbə məlumatlarında kiçik qeyri-dəqiqliklər və ya səhvlər biznesin dəyərinin hesablanmasında böyük dəyişikliklərə səbəb ola bilər.